Balotelli: "...İngiltərə kraliçası məni öpməlidir”

23:18 | 20.06.2014
Balotelli: "...İngiltərə kraliçası məni öpməlidir”

Balotelli: "...İngiltərə kraliçası məni öpməlidir”

İtaliya millisinin futbolçusu Mario Balotelli DÇ-2014-də bu gün Kosta-Rika ilə matç öncəsi ilginc fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, hücumçu “Tvitter” hesabından Kosta-Rikaya qalib gələcəkləri təqdirdə, İngiltərə kraliçası II Elizabetin onun üzündən öpməsini istəyib.

Qeyd edək ki, Uruqvaya məğlub olan İngiltərə qrupdan çıxmaq şanslarını saxlaması üçün İtaliya bu gecə Kosta-Rikanı məğlub etməlidir. Kosta-Rikanın bir xal qazanacağı halda isə İngiltərə mundialda növbəti mərhələyə çıxa bilməyəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM