İyulun 25-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək. Bu barədə bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət Hacıqabul rayonunun Ələtli kəndində dəyəri 30 min manat olan 8,3 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən gedir.
Bank of Azerbaijan 1993-cü ildə yaradılıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bankın lisenziyası ləğv edilib.
"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !