• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Banklar faiz dərəcəsini aşağı salacaqmı? - ANALİZ

Banklar faiz dərəcəsini aşağı salacaqmı? - ANALİZ
30.01.2014 14:47
Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinin dayandırılması ilə bağlı verdiyi qərarından sonra bank sektorunda müəyyən durğunluq yaşanmaqdadır.ANN.Az-ın əməkdaşının bəzi banklarda apardığı müşahidə zamanı bəlli olub ki, son günlər müştərilərin əvvəlki aktivliyi nəzərə çarpmır və bu o deməkdir ki, Mərkəzi Bankın adıçəkilən qərarı əhalinin istehlak kreditləri əldə etməsinə kifayət qədər ciddi təsir göstərib. Bu qərarın haqlı olduğunu deyən bəzi ekspertlər bankların əvvəlki aktivliyinin bərpa olunması üçün faiz dərəcələrinin aşağı salınacağını bildirirlər. Yəni, banklar cəlbediciliyi artırmaq üçün faiz dərəcələrini aşağı salmalı olacaq ki, bu da Mərkəzi Bankın əsas hədəflərindən biridir.Baxmayaraq ki, 2013-cü ildə  Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev jurnalistlərə açıqlamasında demişdi ki, bu məsələdə, hər şey Mərkəzi Bankın pul və prudensial siyasətindən asılı deyil: “İstehlak kreditlərinin faiz dərəcələrinin azaldılmasına gəldikdə, bu məsələdə, hər şey Mərkəzi Bankın pul və prudensial siyasətindən asılı deyil. Ən əsası istehlak kreditləri üzrə faiz dərəcələri banklar tərəfindən sərbəst təyin olunur”.Bu məsələni hələ 2013-cü ilin sonunda parlamentin iclasında millət vəkili, iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov qaldırılmışdı, hətta Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə ayrıca iclas keçirilməli olduğunu bildirmişdi: “Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük - 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var”.İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun "Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi Pərviz Heydərov mətbuata açıqlamasında bildirib ki, bazar iqtisadiyyatı dövründə  faizlərin aşağı salınması problemini inzibati yolla həll etmək qeyri-mümkündür: "Hazırda istehlak kreditlərinə tələb olduqca yüksəkdir. Tələb yüksək olduğu üçün limit qoymaq da düzgün deyil. Elə bir şərait yaradılmalıdır ki, banklar iqtisadiyyatın müxtəlif sahələrinə kredit qoymaqda maraqlı olsunlar. Çünki, heç bir bank yalnız istehlak kreditləri hesabına güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz”.O, bu məsələdən çıxış yolunu iqtisadiyyatda risk səviyyəsinin aşağı salınmasında görür: “Bankların digər sektorlara kredit verməsini stimullaşdırmaq üçün iqtisadiyyatda risk səviyyəsini aşağı salmaq lazımdır. Banklar kənd təsərrüfatına və digər sahələrə kredit qoymaqda ona görə maraqlı deyillər ki, orada risk səviyyəsi yüksəkdir, rəqabət imkanları yoxdur. İlk növbədə buradan başlamaq lazımdır. Banklar digər sahələrdən gəlir əldə etdikdə, özləri istehlak kreditlərini aşağı salacaqlar”.Mərkəzi Bank məlum qərarı verərərkən bir statistika da təqdim edib. Statistikaya görə, 2013-cü ildə əvvəlki illərə nisbətən problemli kreditlərin sayı sürətlə artıb. Rəsmi açıqlamada məlum qərar məhz bu səbəblə əsaslandırılmağa çalışılırdı. Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli açıqlamasında bildirib ki, problemli kreditlərin yaranmasının əsas səbəbi bankların faiz dərəcələrinin soyğunçu həddə olması ilə əlaqədardır: "Bankların soyğunçu faizlərini yavaş-yavaş aşağı salmaq lazımdır ki vətəndaşlar aldıqları faizləri qaytara bilsinlər". O, hesab edir ki, bu riskli kreditlərin aradan qaldırılması istiqamətində atıla biləcək addımın birinci mərhələsidir. İkinci mərhələdə əhalinin gəlirliyinin artırılması istiqamətində addımlar atılması vacibdir. İqtisadçı üçüncü vacib şərti də qeyd edib: “Kimlərinsə borcu varsa, onu öncə təhlil etmək lazımdır. Əgər obyektiv şəkildə baş verən proseslərlə bağlı o borcu vaxtında qaytara bilmirsə, ya ona möhlət verilməlidir, ya da imkan yaradılmalıdır ki, o bir müddət faizi qaytarsın, sonra isə borcunun əsas hissəsini”.Millət vəkili deyir ki, məsələnin kompleks həllindən söhbət gedirsə, həm inzibati üsullardan, həm iqtisadi, həm də stimullaşdırıcı üsullardan istifadə etmək lazımdır. Əli Məsimli onu da əlavə edib ki, gələcəkdə bu cür problemlərin olmaması üçün hökumətə təkliflər verilib.SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol