Banqladeşdə daha bir yazar öldürüldü

14:53 | 12.05.2015
Banqladeşdə daha bir yazar öldürüldü

Banqladeşdə daha bir yazar öldürüldü

Banqladeşdə sekulyar yazar Ananta Bijoy Das sui-qəsd nəticəsində həlak olub. 

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən aylarda iki yazarın öldürüldüyü Banqladeşdə daha bir qalmaqallı qətl hadisəsi baş verib. Dünyəvi yazar Ananta Bijoy Das ötən gün maskalı şəxslərin hücumuna məruz qalıb və nəticədə o, həyatını itirib. Bu ilin əvvəlində yazarlar Vasikur Rəhman və Avijit Roy-da bu cür hücumlar nəticəsində öldürülmüşdü.

"Reuters"ə danışan polis nümayəndəsi Məhəmməd Rahamatullah 33 yaşındakı yazarın ölkənin şimal-şərqindəki Sylhet bölgəsində dörd adamın hücumu nəticəsində öldürüldüyünü bildirib.

Qeyd edək ki, ifrat dindar ölkə olan Banqladeşdə yad fikirlər təqib olunur. Dünyəvi ideyaları təbliğ edən və ölkənin modernləşməsinə çalışan fikir adamları belə təqiblərlə tez-tez üzləşirlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti