“Barselona” İspaniya çempionatından qovula bilər

13:16 | 08.10.2014
“Barselona” İspaniya çempionatından qovula bilər

“Barselona” İspaniya çempionatından qovula bilər

“Barselona” və “Espanyol” klubları La Liqadan kənarlaşdırıla bilər. ANN.Az “Virtualaz.org” saytına istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tebas açıqlama verib. Federasiya rəhbəri bildirib ki, kataloniya müstəqilliyini elan etsə, bu iki klub İspaniya çempionatında çıxış edə bilməyəcək: “Kataloniya müstəqilliyini elan edərsə, “Barselona” və “Espanyol” La Liqada oynaya bilməz. Qaydalarımıza görə, İspaniyanın xaricindən La Liqada oynamağa yalnız bir ölkənin komandaları dəvət edilə bilər ki, bu da Andorradır. Başqa komandaların çempionatda çıxış etməsi ancaq dövlətlərin anlaşması və qanun dəyişikliyindən sonra mümkün ola bilər. Açığı, mən “Barselona” və Messinin olmadığı bir La Liqanı xəyal edə bilmirəm.”Qeyd edək ki, Kataloniyada noyabrın 9-a təyin olunan referendum Konsitutsiya Məhkəməsi tərəfindən dayandırılıb. Lakin Kataloniya rəhbərliyi referendumun keçirilməsi üçün israrını davam etdirir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb