Baş nazir kürdlərdən üzr istəməlidir

20:45 | 10.07.2014
Baş nazir kürdlərdən üzr istəməlidir

Baş nazir kürdlərdən üzr istəməlidir

İraq Kürdistanı muxtar vilayəti Nuri əl-Malikinin çıxışı ilə bağlı bəyanat yayıb

“İraqın baş naziri Nuri əl-Maliki özünü itirib. Ona görə də o, öz postunu tərk etməlidir”. ANS PRESS-in məlumatına görə, belə bir bəyanatla İraq Kürdistanı muxtar vilayətinin rəhbərliyi çıxış edib.

“Nuri əl-Maliki səhvlərini başqasının üzərinə atmaqla özünü “sudan quru” çıxartma istəyir”, deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin bildirilir ki, baş nazir kürd xalqından üzr istəməli və vəzifəsindən istefa verməlidir.

Qeyd edək ki, İraqın baş naziri Nuri əl-Maliki ötən gün bəyan etmişdi ki, İraq Kürdsitanı muxtar vilayətinin rəhbərliyi Ərbil şəhərində İraq Şam İslam Dövlətinin silahlılarını gizlədir, terrorçulara hərbi bazalar qurmasına şərait yaradır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM