Tayilandda yaşayan 8 milyona yaxın müsəlmanın lideri olaraq qəbul edilən Şeyxülislam Əziz Pitakumpolun verdiyi iftar yeməyinə gələn baş nazir Prayuth Chan-ocha öz qeyri-adi hərəkəti ilə yadda qalıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş nazir Şeyxülislamın qarşısında diz çökərək salam verib. Qeyd edək ki, ölkənin əsas dini buddizm olmasına baxmayaraq bu ölkədə müsəlmanlara hörmətlə yanaşılır.
Ölkənin rəsmi protokoluna görə, şeyxülislam baş nazir postundan da irəlidə dayanır və bu səbəblə də qatıldığı dəvətdə ölkənin hazırkı baş naziri şeyxülislamın qarşısında bu cür təzim edib.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !