İsrail Fələstini bomabalamaqda davam edir.
İsrail Fələstinə qarşı hücumlarının miqyasını genişləndirir.
Səbəb Qəzzadan atılan raketlə bir İsrail vətəndaşının ölməsi və 15 nəfərin də yaralanmasıdır. Əldə edilən atəşkəsdən sonra İsrail bunu bəhanə edərək Fələstini yenidən bombalamağa başlayıb.
Qəzzadan atılan raketdən sonra açıqlama verən baş nazir Binyamin Netanyahu deyib: "Biz məsələni diplomatik yolla həll etməyə çalışdıq, amma Fələstindən atılan bu bomba bizə əməliyyatları genişləndirməkdən başqa çarə buraxmır".
İsrail Müdafiə Nazirliyi ötən gecə Qəzzaya 140 raket atıldığını açıqlayıb. Atılan raketlərdən biri Fələstin Daxili İşlər Nazirliyinin binasına dəyib. Netanyahunu Fələstində həyata keçirilən əməliyyatlarla bağlı tənqid edən müdafiə nazirinin müavini Danni Danon vəzifəsindən uzaqlaşdırılıb.
Nazir müavini keçirlən əməliyyatların effektli olmadığını, daha sərt tədbirlərin görülməli olduğunu və hərbi əməliyyatların uğursuz olacağı təqdirdə bütün məsuliyyəti baş nazirin daşıyacağını deyib. Netanyahu nazir müavinin bu məsuliyyətsiz çıxışından sonra istefa verəcəyini gözlədiyini deyib. Lakin nazir müavini istefa vermədiyinə görə işdən qovulub.
İsrail ordusu da həyata keçiriləcək yeni əməliyyatlarla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi əməliyyatların ediləcəyi əş-Şecayə, əz-Zeytun və Beyt Lahi bölgələrində yaşayan insanlara mesaj göndərilərək evlərini tərk etmələri haqda xəbərdarlıq edilir.
Xatırladaq ki, İsrailin Fələstinə 8 gündür davam edən əməliyyatlarında 200-dən çox fələstinli öldürülüb, 1400 nəfərdən çox fələstinli yaralanıb.
İsrail isə bu 8 gündə cəmi bir itki verib.
Virtualaz.org
Bizi sosial şəbəkələrdə izləyin !