Baş onkoloqdan Nərmin Hüseyinlinin ölümü ilə bağlı açıqlama

15:22 | 12.03.2014
Baş onkoloqdan Nərmin Hüseyinlinin ölümü ilə bağlı açıqlama

Baş onkoloqdan Nərmin Hüseyinlinin ölümü ilə bağlı açıqlama

Azərbaycanın baş onkoloqu Azad Kərimli ötən gün dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin ölümündən danışıb. Azad Kərimli ANS PRESS-ə açıqlamasında, Nərminin ölümünə görə Azərbaycan səhiyyəsini günahlandırmağın düzgün olmadığını deyib:"Mən telekanlarada gördüyüm bir xəbərə haqqında danışa bilmərəm. Azərbaycanda xərçəng xəstəliyinin müalicə və müayinə olunması üçün kifayət qədər savadlı həkimlər var. Günah xarici ölkələrdən Azərbaycana dəvət olunan həkimlərdədir. Zob xəstəliyinə xərçəng dioqnozu qoymaq düzgün deyil. Nərminin ölümünə görə Azərbaycan səhiyyəsini günahlandırmaq düzgün deyil. Azərbaycan həkimləri o, qədər xəstəni ölümün çəngindən qurtarıb ki. Amma niyə onların barəsində danışmırlar?. İndi bir hadisə baş verib. O, bizlik olmayıb". Baş onkoloq ancaq xəstəlik tarixçəsi ilə yaxından tanış olduqdan, araşdırma apardıqdan sonra rəy verə biləcəyini deyib. O, qeyd edib ki, əgər Nərminin yaxınları Səhiyyə Nazirliyinə müraciət etsələr nazirlik özü bu məsələni araşdıracaq. "Daha sonra məni dəvət edəcələr və mən buna rəy verəcəm. Mən o zaman rəyimi deyəcəm”.Qeyd edək ki, ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin cənazəsi torpağa tapşırılıb. Nərminin ölümünə görə, onun yaxınları azərbaycanlı həkimləri genahlandırırlar. Belə ki, gənc qızın xərçəng olduğu, lakin zob adı ilə əməliyyat edildiyi qeyd edilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM