Bayden Ukraynanın hərbi yardım tələblərini Zelenski ilə müzakirə edəcək

20:45 | 31.01.2023
ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə Ukraynanın tələb etdiyi silahları müzakirə edəcəyini bildirib, bu barədə AFP agentliyi məlumat yayıb.

Bundan əvvəl prezident Co Bayden ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməyəcəyini bildirmişdi.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Kiyevin Qərb ölkələrindən tədarükün "birinci dalğası” çərçivəsində 120-dən 140-a qədər tank alacağını bildirib.

ABŞ Nəqliyyat Komandanlığı bildirib ki, ABŞ Kiyevə ilk 60 Bradley piyada döyüş maşını göndərib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb