Bayramda səhhəti pisləşənlərin sayı artıb

11:15 | 04.01.2014
Bayramda səhhəti pisləşənlərin sayı artıb

Bayramda səhhəti pisləşənlərin sayı artıb

Bayram günlərində Bakı şəhərində təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 31-dən bu günə çağırış edənlərin sayında 30 faiz artım qeydə alınıb.Təcili yardıma müraciət edənlər arasında dəm qazından zəhərlənənlər üstünlük təşkil edir. "Hər gün ən azından 10-a yaxın insan dəm qazından zəhərlənib. Yeni il günü və yanvarın 1-də isə Bakıda 13 nəfər dəm qazından zəhərlənib. Bundan başqa, bayram günlərində Bakı şəhərində yol qəzalarında ölən və yaralanların sayında da artım olub".Qeyd edək ki, adi günlərdə əgər təcili yardıma 1500 nəfər müraciət edirdisə, bayramda bir gündə həkimə 2500 çağırış edilib. Bunun da əsas səbəbi, bayramda, poliklinikaların, tibb müəssisələrinin bağlı olmasıdır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM