Bazar günü hava necə olacaq?

13:41 | 28.11.2015
Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir duman olacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7, gündüz  8-13 dərəcə isti olacağı gözlənilir.
Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
 
Əməliyyat zamanı iki polis əməkdaşı həlak olub. 
 
Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM