Bazar yandı - Azərbaycanda

10:16 | 12.08.2014
Bazar yandı - Azərbaycanda

Bazar yandı - Azərbaycanda

Masallıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saatlarında şəhər sakini, 1949-cu il təvəllüdlü Vasif Ağababa oğlu Kazımova məxsus şəhərin Dadva məhəlləsində yerləşən inşaat materialları satışı bazarında qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alovun genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 1800 kv.m olan bazarın içərisində olan plitə qurutma sexi 144 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM