BDU-da tələbələrin aksiyası zamanı jurnalistlər xəsarət alıb

16:00 | 21.02.2014
BDU-da tələbələrin aksiyası zamanı jurnalistlər xəsarət alıb

BDU-da tələbələrin aksiyası zamanı jurnalistlər xəsarət alıb

Ötən gün Bakı Dövlət Universitetin baş verən tələbərin aksiyası zamanı bir neçə jurnalist xəsarət alıb. Xəsarət alanların içində Azadlıq Radiosunun əməkdaşı Tapdıq Fərhadoğu da olub. O, ANS PRESS-ə açıqlamasında ötən gün baş verən aksiya zamanı universitetin həyətində olan mülki geyimli mühafizəçilərin jurnalistlərə təzyiq etdiyini söyləyib. T. Fərhadoğlu bildirib ki, mülki geyimli mühafizəçilər jurnalistin əlində olan kameranı sındırmağa çalışıb. Daha sonra mühafizəçilər onun ayağını təpikləyiblər. Onun sözlərinə görə daha bir neçə jurnalist də mühafizəçiklərin təzyiqinə məruz qalıb. Hadisədən dərhal sonra mülki geyimli mühafizəçilərin təzyiqi nəticəsində xəsarət alan jurnalistlər polisə müraciət ediblər.Hadisə ilə əlaqədar olaraq Bakı Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM