BDU: Dekan müavini Asif Bayramov səhhəti ilə əlaqədar istefa verib

17:48 | 27.02.2014
BDU: Dekan müavini Asif Bayramov səhhəti ilə əlaqədar istefa verib

BDU: Dekan müavini Asif Bayramov səhhəti ilə əlaqədar istefa verib

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsi Tarix fakültəsinin dekan müavini Asif Bayramovun işdən çıxarılması ilə bağlı açıqlama yayıb.APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, dekan müavini səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün müraciət edib: “BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın özünün də etiraf etdiyi kimi, dekan müavini Asif Bayramovun işdən çıxarılması onun şikayəti ilə əlaqəli deyil. Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunmasına gəlincə isə, bu barədə əmr yoxdur”. BDU-nun Mətbuat və informasiya şöbəsi bəyan edib ki, tələbənin qaldırdığı şikayətlə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradılıb: “Hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM