BDU-nun dünyasını dəyişən müəllimi barədə açıqlama

15:11 | 24.02.2014
BDU-nun dünyasını dəyişən müəllimi barədə açıqlama

BDU-nun dünyasını dəyişən müəllimi barədə açıqlama

“Bu gün səhər saat 08:40 radələrində vəfat edən Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov öz peşəkarlığı və paklığı ilə nümunəvi insandır. Özü BDU-ni fərqlənmə ilə bitirib. Çox dürüst və düzgün bir insan idi. Onun haqqında səslənən fikirlər elm aləminə yaxılan qara ləkədir. Bir tələbə ki, dərslərə gələndə dəftər və qələm gətirməyə, ondan hansı savadı tələb etmək olar?”. Bu sözləri Bakı Dövlət Universitetinin böyük elmi işçisi Şəfayət Fərəcov ANS PRESS-ə universitetin professoru Rəfael Süleymanovun ölümü və onun barəsində səslənən ittihamlarla bağlı açıqlamasında bildirib. Onun sözlərnə görə, universitetin savadlı tələbələri Rəfael Süleymanova qarşı yaxşı münasibətdə olub.Şəfayət Fərəcov deyir ki, Rəfael Süleymanov iki dəfə infarkt keçiribmiş. Səhhətində nasazlıq yaranmasına baxmayaraq, həmişə işinə ciddi yanaşıb.“1940-cı ildə doğulub. Uşaq evində böyüyüb. Bu günə qədər öz zəhmətilə yaşayan insan olub. Heç vaxt kimləsə insident yaşamayıb. Sadəcə olaraq, bəzi tələbələr var ki, onlar qiymət almaq üçün şər atamaqla məşğul olurlar”, - deyə Şəfayət Fərəcov vurğulayıb.Qeyd edək ki, bu gün səhər saat 08:40 radələrində Bakıda daha bir ali təhsil müəssisəsinin professoru iş yerində dünyasını dəyişib.ANS PRESS-in məlumatına görə, Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. Professor səhər işə gələrkən liftdə halı pisləşib. Təcili yardım həkimi çağırılıb. Həkimlər gələnə qədər artıq müəllim keçinib.Qeyd edək ki, Rəfael Süleymanovun fevralın 21-də BDU-da keçirilən tələbələrlərlə Təhsil Nazirliyi nümayəndələri və rektorun görüşündə tarix fakültəsinin tələbəsinin şikayətçi olduğu müəllimlərdən biri olduğu bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM