BDU-nun narazı tələbələrinə müsbət cavab verildi

13:30 | 22.02.2014
BDU-nun narazı tələbələrinə müsbət cavab verildi

BDU-nun narazı tələbələrinə müsbət cavab verildi

Təcili müşavirədə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemlərinə baxılıb

Apellyasiya Komissiyasına müraciət edən Bakı Dövlət Universitetinin tələbələrinin əksəriyyətinə müsbət cavab verilib. Bu baradə BDU-nun mətbuat xidmətindən məlumat verilib. BDU-dan bildirilib ki, dünən Universitetində keçirilən təcili müşavirədə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemlərinə baxılıb:

"Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Müraciətlərin əksəriyyəti imtahanlar və kreditlərlə bağlı olub. Əksər tələbənin problemi yerindəcə araşdırılıb və onlara müsbət cavab verilib. Bu cür müşavirələr hər il olur. Komissiya iclasında tələbələrin imtahanlarda bir balla kəsilməsi, əlavə kredit götürməsi və s. kimi məsələlər müzakirə olunur. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında ətraflı məlumat ala biləcəklər”.

BDU-nin mətbuat xidmətindən bildirilib ki, komissiya iclasında Nazirlər Kabinetinin qərarına etiraz edən tələbələrin şikayətlərinə baxılmayıb. 

Qeyd edək ki, dünən BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və imtahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM