BDU: Özünü qatarın altına atan tələbənin ailə problemləri olub

15:04 | 07.03.2014
BDU: Özünü qatarın altına atan tələbənin ailə problemləri olub

BDU: Özünü qatarın altına atan tələbənin ailə problemləri olub

 Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsi universitetin tələbəsinin özünü Bakı Metropoliteninin "Ulduz” stansiyasında qatarın altına atması ilə bağlı açıqlama yayıb.APA-nın xəbərinə görə, şöbənin rəhbəri Pərvanə İbrahimova bildirib ki, hadisədən dərhal sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisasının I kurs tələbəsi Dövran Mübariz oğlu Həsənov fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur. “Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin I semestrində bütün dərslərdə iştirak etsə də, II semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildirirlər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşlar bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır” - deyə açıqlamada qeyd olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM