Kanadada çöl arılarının hücumuna məruz qalan 51 yaşlı bələdiyyə sədri Lucie Roussel vəfat edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 2003-ci ildən bəri La Prairie şəhərinin bələdiyyə başçısı olan Lucie Roussel bağında istirahət edərkən çöl arılarının hücumuna məruz qalıb.
Bələdiyyənin mətbuat katibinin sözlərinə görə, sədri 15 dəfə arı çalıb: "Təcili yardım gələnə kimi bələdiyyə rəhbərinin dünyasını dəyişib".
Vəfat edən xanım bələdiyyə başçısı üçün şəhərdə bayraqlar aşağı endirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !