“Bələdiyyə seçkilərinə hazırlıq hələ başlamayıb” - MSK-dan AÇIQLAMA

15:04 | 21.01.2014
“Bələdiyyə seçkilərinə hazırlıq hələ başlamayıb” - MSK-dan AÇIQLAMA

“Bələdiyyə seçkilərinə hazırlıq hələ başlamayıb” - MSK-dan AÇIQLAMA

Azərbaycanda prezident seçkiləri geridə qaldı. Qarşıda ölkəmizi bələdiyyə (2014) və parlament (2015) seçkiləri gözləyir. Xarici ölkələrdə ən çox əhəmiyyət verilən seçki növü, bələdiyyə seçkiləridir. Bəs ölkəmizdə necə? Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə hazırlığa başlayıb?Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov ANN.Az-a açıqlamasında MSK-nın hər hansı fəaliyyəti ilə bağlı məlumatsız olduğunu bildirib.A.Qurbanov MSK-nın bələdiyyə seçkiləri ilə bağlı hazırlığa ölkə rəhbərliyinin qərarından sonra başlanacağını deyib: “Bələdiyyə seçkiləri istiqamətində MSK-nın hansı hazırlıqları aparması barədə məndə real məlumat yoxdur. Bildiyim qədərilə MSK cari işlərilə məşğuldur. Bələdiyyə seçkiləri ilə bağlı hazırlığa start çox guman ki ölkə rəhbərliyinin verəcəyi göstərişdən asılı olacaqdır. Əslində bu günə qədər mövcud siyasi idarəetmə maksimal səviyyədə çalışıb ki, həm qanuni səlahiyyətləri baxımından, həm də real imkanlar acısından bələdiyyələr yerli idarəetmədə icra strukturlarından asılı vəziyyətdə olsun. Nəticədə vətəndaşların gözündə səlahiyyətsiz və lazımsız bir quruma çevrilib. Ona görə də təssüf ki, real vəziyyət hələlik nə seçicilər üçün, nə də siyasi partiyalar üçün bələdiyyə seçkilərinə maraq yaratmır”A.Qurbanov açıqlamasında bələdiyyələrlə bağlı Azərbaycanın Avropa Şurası qarşısında öhdəlilıərinə də toxunub: “Baxmayaraq ki, Avropa Şuraşı qarşısında yerli özünü idarə etmənin statusu ilə bağlı Azərbaycanın öhdəlikləri var, ancaq hələlik hakimiyyət bu öhdəliləri yerinə yetirəcəyi barədə iradə nümayiş etdirmir. Hesab edirəm ki, beynəlxalq qurumlar öz prinsiplərinə hörmət edib öhdəliklərin yerinə yetirilməsi barədə ya qarşı tərəfi inandırmağı bacarmalıdır, ya öhdəliyin icra olunması üçün ciddi addımlar atmağı düşünməlidir. Belə vəziyyətdə daxili qüvvələrdə də stimul yaranar ki, cəmiyyətin yerli idarə etmədə iştirakını təmin etmək istiqamətində addımlar ata bilsinlər” – deyə A.Qurbanov bildirib.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM