Bərdə taborunun komandiri vəfat edib

10:25 | 24.02.2014
Bərdə taborunun komandiri vəfat edib

Bərdə taborunun komandiri vəfat edib

 Bərdə taborunun komandiri, ehtiyatda olan polkovnik-leytenant Elçin Əliyev dünyasını dəyişib.Bu barədə APA-ya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini Kamil Şirinov məlumat verib. Keçmiş döyüşçü ötən gün axşam dünyasını dəyişib. O, müharibə zamanı aldığı kontuziyadan uzun müddətdir, əziyyət çəkirmiş. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra E. Əliyev AVMVB Nəsimi rayon təşkilatının sədri vəzifəsində çalışıb. Qeyd edək ki, 1958-ci il təvəllüdlü E. Əliyev ixtisaslı hərbçi olub. O, 1992-ci ildə Bərdə taborunu yaradaraq Ağdam, Tərtər, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM