Bərdədə partlayış: yaralılar var

09:59 | 27.10.2014
Bərdədə partlayış: yaralılar var

Bərdədə partlayış: yaralılar var

Bərdə rayonunda evdə partlayış baş verib.ANN.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli, 3 otaqlı evdə qeydə alınıb. Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb, pəncərə şüşələri qırılıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür