Bəşər Əsədlə görüşməyə hazırıq - Ərdoğan

18:01 | 21.09.2024
Bəşər Əsədlə görüşməyə hazırıq - Ərdoğan

Bəşər Əsədlə görüşməyə hazırıq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşməyə hazır olduğunu açıqlayıb.Bu barədə o, BMT Baş Assambleyasında iştirak edəcəyi ABŞ-yə uçmazdan əvvəl jurnalistlərə bildirib.

"Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. Biz prezidentlər səviyyəsində danışıqlara hazırıq. Ümid edirəm ki, bu görüş baş tutacaq. Qarşı tərəfdən cavab gözləyirik”, – deyə Ərdoğan əlavə edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM