Beton, yoxsa dəmir arakəsmələr? – Ekspert rəyi

10:02 | 09.01.2016
Beton, yoxsa dəmir arakəsmələr? – Ekspert rəyi

Beton, yoxsa dəmir arakəsmələr? – Ekspert rəyi

Əgər standartlara uyğun olarsa, dəmir arakəsmələr daha az təhlükəlidir.
 
Bu sözləri Axar.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
 
Onun sözlərinə görə, beton sədlərlə müqayisədə dəmir sədlər daha təhlükəsizdir.
 
"Əgər avtomobil dəmir arakəsməyə dəyirsə, bu zaman burada deformasiya baş verir və bu hal avtomobili qoruyub saxlayır. Belə olanda avtomobil sərt zədə almaqdan xilas olur.
 
Lakin standarta uyğun olmayanda sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş verən qəzaya bənzər dəhşətli mənzərələr yaranır. Əsas məsələ standartdır. Düşünürəm ki, dəmir daha təhlükəsizdir.
 
Beton arakəsmələrə gəlincə, bu, çox təhlükəlidir. Əgər beton səddə avtomobil dəyərsə, heç bir deformasiya baş verməyəcək və maşıb ciddi zədə alacaq. Bu isə həm də sərnişinin həyatının təhlükəyə atır.
 
Xatırladaq ki, təhlükəsizliyi təmin etmək məqsədilə hazırda Bakı Beynəlxalq Avtovağzalından "Ekologiya postu”na qədər dəmir arakəsmələr betonla əvəz edilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb