Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı aksiya öncəsi həbslər başlayıb - VİDEO

13:29 | 23.12.2022
Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı aksiya öncəsi həbslər başlayıb - VİDEO

Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı aksiya öncəsi həbslər başlayıb - VİDEO

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyası ərəfəsində polis onun potensial iştirakçılarını saxlamağa başlayıb.  AXCP Xətai rayon təşkilatının sədri Faiq Nağıyev saxlanılıb. Bu barədə "Müdafiə xətti" hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov bildirib.
 
D18 hərəkatının üzvləri Afiəddin Məmmədov və Samir Sultanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə üzvü saxlanılıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.  Onlar bu gün Bakı Apellyasiya məhkəməsinin yaxınlığında Bəxtiyar Hacıyevin məhkəmə prosesini gözləyərkən saxlanılıb.
 
Bundan başqa, müstəqil jurnalist Emil Maniyev də Hacıyevin şikayətinə baxılan Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında saxlanılıb. 

AXCP daha bir neçə fəalın saxlanması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib, Hacıyevin özü isə məhkəmənin şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacağını vəd edib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.
 

 
Lida Abbaszadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb