Bəy qaçan gəlini məhkəməyə verə bilər?

23:59 | 29.08.2014
Bəy qaçan gəlini məhkəməyə verə bilər?

Bəy qaçan gəlini məhkəməyə verə bilər?

Son vaxtlar aktual məsələrindən biri də gəlinin toydan əvvəl evdən qaçmasıdır. Yaxın günlərdə belə bir hadisə Oğuzda, digəri isə Lənkəranda baş verib. Belə ki, Oğuzun Muxas kəndində toy günü qızları Sevincin qaçdığını görən ailə məcbur olub, onu bacısı ilə əvəzləyib. Lənkəranda da anoloji hadisə baş verib. Toydan iki gün əvvəl qız evdən qaçıb. Qızın bu addımından sonra təyin edilmiş toy təxirə salınmayıb. Sadalanan hər iki hadisədə gəlinlərin cehizi oğlan evində olub.Adətən belə hallarda oğlan tərəfi cehizi qaytarmaqdan imtina, yaxud toya çəkilən xərci qız evindən tələb edir. Bir çox hallarda isə dəyən maddi və mənəvi ziyana görə məhkəməyə müraciət olunur. Bəs gəlin toydan qaçarsa, bu halda hansı məsuliyyəti daşıyır? Eyni zamanda oğlan tərəfə dəyən ziyan ödənilməlidirmi?Hüquqşünas Xəyal Feyzullayev bildirir ki, toy baş tutmadan gəlinin qaçması nəticəsində təbii ki, bəyə və onun ailəsinə həm maddi, həm də mənəvi zərər dəyir. Əlbəttə, biz bu kimi hadisələrin səbəblərinə varmırıq, ailə qurulması yalnız könüllü iradədən asılıdır. Heç kəs məcburi şəkildə evləndirilə və ya ərə verilə bilməz. Evlənməkdən imtinaya görə heç kim məsuliyyət daşımır. Lakin evlənmə (ərə getmə) nə qədər fərdi iradə ifadəsi olsa da, nikah ictimailəşmiş bir hadisəyə çevrilir: "Doğrudur, bəy-gəlin və ya onların valideynləri arasında toy keçirilməsi, xərclərin çəkilməsi ilə bağlı yazılı müqavilə və ya başqa cür razılaşma olmur, bu məsələlər el adətinə uyğun həllini tapır. Lakin hər bir halda toy baş tutmadığı halda oğlana maddi zərər dəyməsi labüddür, şadlıq evinin xərci, qızıl-zinət əşyalarına çəkilən xərc və s. Bu xərclərin qız tərəfindən ödənilməsini tələb etməyə oğlanın hüququ var. Üstəlik, belə vəziyyətə düşən oğlan mənəvi ziyan çəkir, cəmiyyət içində utanır, stress keçirir."Hüquqşünas onu da söyləyib ki, belə ziyanla üzləşən bəyin həmçinin, mənəvi zərərə görə gəlindən pul tələb etmək hüququ vardır. Bəy vurulmuş zərərə görə gəlinə qarşı məhkəmədə iddia qaldıra bilər. Eyni zamanda, gəlin də ona vurulmuş zərərə görə bəyə qarşı iddia qaldıra bilər. Burada yalnız pul tələbindən söhbət gedir, digər məsuliyyət yoxdur. (Olaylar)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM