Beynimiz saxta gülüşü daha tez tanıyır - ELMİ ARAŞDIRMA

10:26 | 05.11.2014
Beynimiz saxta gülüşü daha tez tanıyır - ELMİ ARAŞDIRMA

Beynimiz saxta gülüşü daha tez tanıyır - ELMİ ARAŞDIRMA

Beynin saxta gülüşlə aldadılması artıq mümkün deyil. İngilis alimlərinin apardığı son araşdırmalar beynin həqiqi və saxta gülüşlərə fərqli reaksiya verdiyini ortaya çıxarıb ANN.Az xəbər verir ki, London Universitetinin Psixologiya fakültəsinin mütəxəssisi Carolyn McGettigan və qrupu saxta və həqiqi gülüşlərlə bağlı tədqiqat aparıblar. Müşahidələr göstərib ki, beyin gerçək və süni gülüşü anlayır və hər ikisinə tamamilə fərqli reaksiya verir. Araşdırmaçılar iştirakçılara sosial şəbəkədə yerləşdirilmiş komik bir videonu - gülən bir adamın səsini dinlədiblər. Daha sonra eyni adamın saxta gülüşü də iştirakçılara dinlədilib. Nəyin tədqiq olunduğunu bilməyən iştirakçılar hər iki gülüşü dinləyib və bu zaman onların beyin tomoqrafiyası çəkilib. Məlum olub ki, beyin saxta gülüşə fərqli reaksiya verir. Araşdırmaçılar eyni zamanda beynin iki gülüşün fərqli olduğunun qəbul etməsinin yanında saxta gülüşün gerçək olmamaq səbəbini də anlamağa çalışırlar. Tədqiqatlar davam edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür