Beytulla Hüseynovun qardaşı işdən çıxdı

10:32 | 27.10.2015
Beytulla Hüseynovun qardaşı işdən çıxdı

Beytulla Hüseynovun qardaşı işdən çıxdı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işdən çıxıb.

Bu barədə Oxu.Az-a Xətai rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, Xeyrulla Hüseynov öz ərizəsi ilə icra başçısının müavini vəzifəsindən azad olunub.

"Xeyrulla Hüseynov öz istəyi ilə işdən ayrılıb. Onu heç kim işdən qovmayıb”.

Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Xeyrulla Hüseynov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşıdır. Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM