Bəzi avtobuslarda gediş haqları qalxıb - FOTO

16:30 | 21.10.2014
Bəzi avtobuslarda gediş haqları qalxıb - FOTO

Bəzi avtobuslarda gediş haqları qalxıb - FOTO

Bakının 214, 215, 189, 191,160, 106, 113 saylı marşrut avtobuslarında sərnişinlərdən 20 və 25 qəpik əvəzinə 30 qəpik alır.Day.az saytının verdiyi məlumata görə, bu barədə paytaxt sakinləri şikayət ediblər.Şikayətə görə 215 nömrəli marşrut avtobusunda gediş haqqının 25 qəpik olması ilə bağlı elan yerləşdirilib. Bu kimin xoşuna gəlmirsə, digər bir elanda göstərilən nömrəyə zəng vura bilər.Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsilə əlaqə yaratdıq. İdarənin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, avtobuslarda gedişhaqqının artırıb yaxud azaldılmasını yalnız Taarif Şurası müəyyən edir.“Hansısa sürücü gedişhaqqını süni şəkildə qaldırırsa, bu qanunsuzluqdur. Bu barədə Nəqliyyat Nazirliyinin “qaynar xətti”nə müraciət etmək lazımdır. Bu barədə mütləq araşdırma aparılacaq və günahkar sürücü cəzalandırılacaq”, - deyə Əmrah Cəfərov bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM