Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq

09:38 | 03.07.2024
Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq

Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq

Bu gün Bərdə, Saatlı və Bakının Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, "Qaradəmirçi” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, "Saatlı Əlillər evi” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı iyulun 3-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb