Biləsuvar yolu üçün 2,1 milyon manatlıq prezident SƏRƏNCAMI

19:25 | 16.06.2016
Biləsuvar yolu üçün 2,1 milyon manatlıq prezident SƏRƏNCAMI

Biləsuvar yolu üçün 2,1 milyon manatlıq prezident SƏRƏNCAMI

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb