Kriminal avtoritet Mübariz Budaqlı Rəsulzadə qəsəbəsində avtomobildə güllələnib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə kriminal dairələr arasındakı münaqişədən qaynaqlanır. Hətta baş verən hadisənin "Emin 444” və ya "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olduğu da ehtimal edilir. Versiyalardan biri budur ki, kriminal dairələr "Emin-444"-ün qisasını alıblar.
Xatırladaq ki, mayın 9-dan 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatında E.Səfərov 40-a yaxın bıçaq zərbəsi alaraq hadisə yerində keçinmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !