Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video

12:19 | 18.02.2022
Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video

Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video

Dünən Qusarda dəfnə gedən ata, ana və azyaşlı övladının ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.
 
Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, onun həyat yoldaşı Fidan və 2021-ci il təvəllüdlü oğulları Həmzə hadisə yerində ölüb.
 
Həmin gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat ediblər.
 
Qəzada ölən Fidan dəm qazından boğulan Əminənin bacısı imiş.
 
//

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM