Ulduz Şokolad Fabriki
noyabrın 28-də "Bir damla qan qurtarılan bir can” adlı qanvermə aksiyasını həyata
keçirdi. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və
eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız
yardım etməkdən ibarət idi.
Könüllülük prinsipi əsasında
həyata keçirilən aksiyada 200 nəfərdən artıq şirkət əməkdaşı
donor qismində iştirak edib.
Respublika
Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən bu aksiya
şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılandı.
Xatırladaq ki,
"Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün
dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən
sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda
olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan
qüsurdur.
Ona görə də dünyada milyonlarla insan belə xəstələrin
tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !