Bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

12:27 | 18.12.2015
Bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

Bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək

 Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək. 

"Report” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.  

Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdiriləcək. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.
Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə hakimlər təyin ediləcək. Belə ki, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür