Biz o qədər dözümlüyük ki, efirdə ermənicə danışırıq

14:57 | 25.06.2014
Biz o qədər dözümlüyük ki, efirdə ermənicə danışırıq

Biz o qədər dözümlüyük ki, efirdə ermənicə danışırıq

İndi mən Azərbaycan etnik tolerantlığına istehza etməyə davam edən bədxahlarımızı tamamilə məhv edəcəyəm.
İndicə mən bizim telekanallarımızın pulsuz paketində Azərbaycanın CBC (Caspian International Broadcasting Company) telekanalının xəbərlər buraxılışına rast gəldim – xəbərlər erməni dilində gedirdi.
Ermənicə bilmirəm. Videoya baxıb fikir yürüdürəm. Ermənistanın çirkli yaşayış daxmalarını göstərirlər, sakinlər tez-tez "ağcaqanad" sözünü işlədərək şikayətlənirlər. Sonra Azərbaycan siyasi həyatından süjet göstərilir – baş nazir kimisə rəsmən qəbul edir.
Erməni jurnalisti mənim bu sualıma məktubunda cavab verdi: bizim diktorlarımız erməni dilində yaxşı danışırlarmı? Cavab verdi ki: yaxşı danışırlar, amma aksentlə. O, CBC-yə baxır, amma niyə baxdığını bilmirəm. Yəqin, düşmən televiziyanın onlar barədə nə danışması maraqlıdır.
CBC dövlət neft şirkəti tərəfindən maliyyələşdirilir.
Azərbaycan saytı armenia.az-da bolluca informasiyalar var, yalnız erməni dilində. Yazıların məzmunu haqqında şəkillərə görə mühakimə edə bilərəm. Göründüyü kimi, azərbaycan resurslarında dərc edilmiş həminki xəbərlərdir.
Bəlkə də bu, erməni dilində olan yeganə resursumuzdur. Hər halda buna bənzər başqa KİV-dən məlumatsızam.
Azərbaycan vətəndaşları erməni telekanallarını "tuta" bilmirlər, çünki həminki tezliklərdə Azərbaycan televiziya və radio KİV-i daha güclü ötürücü aparatlarla təchiz edilmişdir. Erməni mətbuatından oxumuşdum ki, işğal edilmiş Azərbaycan torpaqlarında və Ermənistanın Azərbaycanla sərhəd ərazisində, erməni teletamaşaçıları Azərbaycan televiziyalarına rahat şəkildə baxa bilirlər.
Hər il, Bakıdan maşınla Böyük Qafqaz dağları üzrə çəkilmiş yolla gedərkən Qəbələ rayonunun ərazisində, avtomobil radiosu erməni radio kanallarından birini tutur. Alçaq yerində FM-diapazonlardan birinin erməni radio kanalı tutur. Kanal onlarda "rabis" adlanan bayağı yerli musiqiləri verir.
Erməni televiziyalarında Azərbaycan tamaşaçıları üçün radioverilişlərin olmasından isə bixəbərəm. Onlar o qədər də dözümlü deyillər.
Kamal Əli
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM