“Biz uşaqlara bu cür təbliğ etməyi bacarsaq, küçə müğənnilərini özləri üçün qəhrəman seçməyəcəklər”

14:22 | 22.04.2019
“Biz uşaqlara bu cür təbliğ etməyi bacarsaq, küçə müğənnilərini özləri üçün qəhrəman seçməyəcəklər”

“Biz uşaqlara bu cür təbliğ etməyi bacarsaq, küçə müğənnilərini özləri üçün qəhrəman seçməyəcəklər”

İstanbulun Mehmet Akif Ersoy adına orta məkətbində şagirdlər arasında keçirilən müsabiqədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklinin məktəb divarına nəfis şəkildə çəkilməsi hamı tərəfindən müsbət qarşılanıb. Şagirdlər bildiriblər M.İbrahimov təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının qəhrəmanıdır.

Məsələylə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsi onların gələcək həyatı üçün çox əhəmiyyətlidir:

"Özünüz də şahidi olursunuz ki, təbliğat öz işini görür. Azərbaycan qəhrəmanlarının xüsusilə uşaqlar arasında tanıdılması olduqca sevindiricidir. Biz faydalı şeyləri bu cür təbliğ etməyi bacarsaq və doğru alternativləri uşaqlara təqdim etsək, onlar həqiqətən də bayağı, küçə müğənnilərini və yaxud keçici qəhrəmanları özləri üçün qəhrəman seçməyəcəklər. Onlar daha çox vətən uğurunda, millətin gələcəyi üçün fədakarlıq etmiş insanları, alimləri və şəhidləri özləri üçün ideal seçəcəklər. Bu da müsbət tendesiyadır. Ümid edirəm ki, bu, cəmiyyətdə yaxşı və xoş aura yaradan bir xəbərdir. Bunun məktəblərdə təbliğ olunması yaxşıdır ki, uşaqlar hansı model üzərindən özlərinə hədəflərini və  mənalı həyat yaşamaq üçün hansı həyatın faydalı olduğunu seçə bilərlər”. 

Xatırladaq ki, İstanbulun bu təhsil müəssisəsində qədim türk dövlətlərinin bayraqları və tarixi şəxsiyyətlərini əks etdirən guşə də yaradılıb. (moderator.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb