BİZİM QONAQ: "Milli üslubdakı işlərə alıcı marağı böyükdür" - Ella Bağırova

10:17 | 10.06.2015
BİZİM QONAQ:

BİZİM QONAQ: "Milli üslubdakı işlərə alıcı marağı böyükdür" - Ella Bağırova

ANN.Az-ın əl işləri ustası, florist, paltar dizayneri Ella Bağırovayla video müsahibəsi. 

Ella xanımla söhbətimizdə, o, nə vaxtdan əl işlərinin hazırlanmasıyla məşğul olmağa başladığından danışdı. Floristika adlandırılan bu sənət özündə dekorativ-sənətkarlığın növlərini ehtiva edir. Ella xanım "Baku 2015" Avropa oyunlarına həsr olunan "Nar nağılı" sərgisinə bakılıların və şəhərə gələn qonaqların böyük marağından söz açdı, bir müddət əvvəl Bakıda baş tutan tədbirin təşkilatçısı da məhz o olub. 

Bir çox sərgilərin təşkilatçılığını etmiş Ella xanım hər hansı tədbirə hazrılaşmaq prosesindən, bu prosesin nə qədər çətin, uzun və zəhmət tələb edən iş olmasından bəhs etdi. Müsahibə zamanı biz öyrəndik ki, iştirakçılar necə, mövzu necə, tədbirin keçiriləcəyi yer necə seçilir və tədbirin piarı necə qurulur? 

Müəllif: Rüstəm Qasımov

Operator: Fəridə Alıyeva

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti