Bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib - Yenilənib

21:39 | 21.09.2024
Bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib - Yenilənib

Bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib - Yenilənib

İrəvanın "Zvartnots” Aeroportunda sərhədçilər tərəfindən saxlanılan israilli bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib.Bu barədə Ermənistan mətbuatı xəbər verib.
 
Aleksandr Lapşinin saxlanılması və sənədlərinin yoxlanılması formal xarakter daşıyıb.
 
 ***

Bloqer Aleksandr Lapşin İrəvanda saxlanılıb.Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

Ona Ermənistana girişin qadağan olduğu bildirilib.

Lapşin sosial mediaya açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və hava limanındaki polis bölməsinə getməsini deyiblər.

Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM