Bloger Mehman Hüseynov polisə aparıldı

13:30 | 07.07.2014
Bloger Mehman Hüseynov polisə aparıldı

Bloger Mehman Hüseynov polisə aparıldı

Bloger Mehman Hüseynov bu səhər saat 09.25-də naməlum adamlar tərəfindən oğurlanıb. Bu barədə məlumatı “Turan”a onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizli İnstitutunun rəhbəri Emin Hüseynov verib. Onun sözlərinə görə, Mehman Hüseynov “Toyota-Prado” markalı avtomobilə mindirilib və naməlum istiqamətdə aparılıb. Hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.  
Emin Hüseynov deyib ki, RATİ əməkdaşları son iki gün ərzində ofisin həkətində şübhəli adamları müşahidə ediblər. Şənbə günü onlardan biri RATİ-nin ofisinə girib və özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək, Mehman Hüseynovu soruşub. RATİ əməkdaşları sənəd təqdim etdikdə isə həmin adam oradan uzaqlaşıb. 
Lakin oğurlandığı bildirilən Mehman Hüseynovun polisə aparıldığı məlum olub.  O, Musavat.com-a açıqlamasında bildirib ki, Nəsimi Rayon Polis İdarəsinə aparılıbmış. Orada blogerə bildirilib ki, barəsində şikayət var. Mehman Hüseynova deyilib ki, aprel ayında hansısa fahişəxana haqqında reportaj hazırlamaq üçün ora gedib və obyektin sahibinin kimliyi ilə maraqlanıb. Onun qarşısına çıxan adam bu barədə məlumat verməkdən imtina etdikdə isə bloger onu ifşa edəcəyi ilə hədələyib. Həmin şəxs Mehman Hüseynov tərəfindən hədələndiyini iddia edərək, polisə şikayət ərizəsi yazıb.
Mehman Hüseynov isə deyir ki, belə bir hadisə baş verməyib: “Ya məni şərləmək istəyirlər, ya da kimsə mənim adımdan istifadə edib”.
ANN.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM