Bloomberg: Rusiyadan neft tədarükü 2022-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb

15:39 | 10.05.2023
Bloomberg: Rusiyadan neft tədarükü 2022-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb

Bloomberg: Rusiyadan neft tədarükü 2022-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb

Son dörd həftə ərzində Rusiya xam neftinin tədarükü keçən ilin yanvarından bəri ən yüksək həddə çatıb. 2023-cü ilin aprelindən maya qədər Moskva gündə orta hesabla təxminən 3,55 milyon barel neft ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 0,4 milyon barel çoxdur. Bu barədə Bloomberg öz hesablamalarına istinadən xəbər verir.

Rusiya xam neftinin daşınmalarının artması Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi beynəlxalq sanksiyaların təsirinə baxmayaraq baş verib. Hazırda Rusiyadan xammalın marjinal qiymətləri mexanizmi mövcuddur, tavan bir barel üçün 60 dollar müəyyən edilib. Bundan başqa, Avropa ölkələrinin dəniz yolu ilə daşınan Rusiya neftinin idxalına tətbiq etdiyi embarqo hələ də qüvvədədir.

"Rusiya xam neftinin beynəlxalq bazarlara daşınması, Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, praktiki olaraq azalmayıb və son dörd həftə ərzində maksimum səviyyəyə yüksəlib. Aprel-mayda Moskva orta hesabla təxminən 3,55 milyon barel ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 0,4 milyon barel çoxdur.

Mayın 9-da EUobserver xəbər verib ki, Avropa Komissiyası Almaniyanı Drujba kəməri ilə ölkəyə neft nəqlini dayandırmağa məcbur etmək niyyətindədir. Bu tədbir növbəti anti-Rusiya sanksiyalarının tətbiqi çərçivəsində hazırlanır. Eyni zamanda, Macarıstan, Çexiya və Slovakiya bu kəmərlə bu dövlətlərə gələn nefti idxal etməyə davam edə bilər.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb