• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

BMT missiyası Qarabağda əhalinin ehtiyaclarını qiymətləndirəcək

BMT missiyası Qarabağda əhalinin ehtiyaclarını qiymətləndirəcək
29.09.2023 22:57
Qarabağa gələn BMT missiyası Azərbaycanla razılaşaraq region sakinlərinin həm Qarabağda qalmağa qərar vermiş, həm də oranı tərk edənlərin humanitar ehtiyaclarını qiymətləndirəcək. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Azərbaycan hökuməti ilə BMT regiona missiya göndərmək barədə razılığa gəliblər. Missiya bu həftəsonu baş tutacaq. Missiyaya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin, eləcə də BMT-nin digər qurumlarının nümayəndələri daxil olacaq", - o bildirib.

Düjarrik əlavə edib ki, BMT-nin Qarabağdakı missiyasının nə qədər fəaliyyət göstərəcəyi dəqiqləşdirilməyib.

Sentyabrın 29-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici mətbuata açıqlamasında deyib ki,  BMT-nin missiyası yaxın günlərdə Qarabağda yerləşə bilər. 

Sentyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın bunu qəbul etməyə hazır olmasından şaddır. 
 
Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini genişmiqyaslı təxribatların qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
 
Sentyabrın 27-də Əliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib ki, hazırda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində danışıqlar aparır.

Qondarma rejim yanvarın 1-dən özünü buraxması haqda qərar qəbul edib. 

Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları təklif edilib. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol