BMT-nin rəhbəri sammitdə iştirak üçün Astanaya gedib

10:26 | 03.07.2024
BMT-nin rəhbəri sammitdə iştirak üçün Astanaya gedib

BMT-nin rəhbəri sammitdə iştirak üçün Astanaya gedib

BMT-nin baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu gün keçirilən iclasında iştirak etmək üçün Astanaya gedib.  Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb. 
 
Bu BMT rəhbərinin Qazaxıstana ikinci səfəridir. Bundan əvvəl Quterreş 2017-ci il Qazaxıstanda olub. 
 
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Türkiyə,Azərbaycan,Rusiya Çin, Qazaxıstan, Monqolustan və Pakistan rəhbərləri də gedib. 
 
Sammitdən sonra Rusiya prezidenti Putinin Türkiyə,Azərbaycan və digər bir sıra ölkə rəhbərləri ilə görüşü gözləndiyi bildirilib.  
 
Sammitin proqramına beynəlxalq və regional gündəliyin müzakirəsi, həmçinin 24 sənədin imzalanması daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb