BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

14:46 | 18.07.2014
BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

İyulun 18-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, iclas Malayziyaya məxsus təyyarənin Ukrayna üzərində qəzaya uğraması ilə bağlı çağırılır. Xatırladaq ki, iyulun 17-də Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” - 777 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfər ölüb. Ukrayna hökuməti və ölkənin cənub-şərqindəki separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM