Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyət müzakirəyə çıxarılacaq. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayənədliyi məlumat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Laçın yolu ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi xahişi ilə BMT-yə müraciətini İrəvanın bu beynəlxalq qurumu manipulyasiya alətinə çevirmək cəhdi kimi qiymətləndirib.
İclasın avqustun 16-sı saat 15:00-da keçirilməsi gözlənilir.
Azərbaycan tərəfdən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak edəcək.
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Ermənistanın BMT qarşısında Azərbaycana qarşı hər-hansı bir iddia qaldırmağa haqqı yoxdur və bu növbəti müzakirədə də öz əksini tapacaq.
"Biz otuz il ərzində avropa və digər institutların Azərbaycana qarşı ikili standarları həmişə görmüşük. Buna baxmayaraq düşünürəm ki, BMT-də müzakirə olunacaq Laçın dəhlizi ilə bağlı məsələnin heç bir beynəlxalq hüququ yoxdur. Çünki, Azərbaycan özü BMT-nin üzvüdür və suveren dövlətdir. Azərbaycan həmişə beynəlxalq hüquqa hörmətlə yanaşıb və onun normativ aktlarını öz fəaliyyətində əsas götürüb. Sözügedən dəhliz açıq olarkən, ermənilər buradan mina, silah sursat daşıyaraq təxribat törədirdilər. Ona görə də bu dəhlizin yaranmasına ehtiyac var idi. Əgər, söhbət humanitar yardımdan gedirsə, ermənilər Ağdam-Xankəndi yolundan istifadə edərək humanitar yardımlarını daşıya bilərlər. Məncə Azərbaycanın haqq səsi, suveren hüquqları BMT-nın sabahkı yığıncağında da bir daha təstiq olunacaq”, - deputat deyib.
Politoloq Samir Hümbətov bildirir ki, bu kimi müzakirələr Azərbaycana qarşı hər-hansı bir təhdid predmenti ola bilməz.
"BMT 1992-ci ildən bəri çıxartdığı dörd qətnaməni icra etmədi. Ermənistanın tələbi ilə BMT-nin Azərbaycan ərazisi ilə bağlı hər-hansı bir qərar çıxartmasının özü BMT qanunlarına və prinsiplərinə ziddir. Çünki, bu, bir dövlətin suveren ərazisinə daxil olmaqdır. Bu isə yolveriləz bir məsələdir. Ona görə də, indiki halda bu məsələnin müzakirəyə çıxarılması qanunsuzdur. Azərbaycana qarşı burada hər-hansı bir sanksiyanın qəbul edilməsi asan məsələ deyil. Bizim də BMT-də yaxın tərəfdaşlarımız var. Məsələn, bunlardan biri Azərbaycan üçün çox önəmli bir tərəfdaş olan Böyük Britaniyadır. Amma istənilən halda Azərbaycan tərəfi başa düşür ki, BMT hansı niyyətləri güdür və bunun nəticələri nə ola bilər. Düşünürəm ki, bu kimi müzakirələr Azərbaycana qarşı hər-hansı bir təhdid predmenti ola bilməz”, - politoloq bildirib.
Siyasi ekspert Əziz Əlibəyli isə bu müzakirədə Azərbaycana qarşı hər-hansı bir qərarın qəbul edilməsini real görmür.
"Müzakirələrdən sonra BMT Azərbaycana qarşı qətnamə qəbul etməsi real görsənmir. Təhlükəsizlik şurasında qəbul ediləcək qətnamə dərhal Azərbaycanın suveren hüquqlarına, ərazisinə bir təhdiddir və bilavasitə BMT-nin nizamnaməsinin əsas prinsiplərindən biri olan ərazi bütövlüyünün pozulması prinsipinin kobud şəkildə tapdalanması olar. Bu mənada hər-hansı bir qərarın qəbul edilməsi real görünmür”, - ekspert vurğulayıb.

Avqustun 14-də Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolundakı baş verən prosesləri yaxından izlədiyini açıqlayıb.
Avqustun 9-da Litva, 4-də isə Kanada Laçın yolunun "bağlı" qalmasına narahatlığını ifadə edən bəyanat yayıb.
Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qonşu Ermənistanla davam edən hüquqi mübahisələrdə Laçın dəhlizində gediş-gəlişi təmin etməyi tapşırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlarında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı üzərinə düşən işləri yerinə yetirməyib.
Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb.
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. Separatçı rejimin rəhbəri Araik Arturyuan iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib.
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb.
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəsətəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı
Eltac Nurullazadə
Gülnar Nazimqızı
Eltac Nurullazadə
Bizi sosial şəbəkələrdə izləyin !