Ukraynada Malayziyaya məxsus “Boeing-777”nin terror aktı nəticəsində partlaması faktı təsdiqlənərsə, Avstraliya hökuməti təyyarədə həlak olanlar üçün böyük həcmdə kompensasiya ödəyəcək.
AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Avstraliya hökuməti bəyan edib ki, onlar ekspertizanın cavabını gözləyir. Əgər hadisənin terror aktı olduğu sübuta yetirilərsə ölənlərin ailələri 75 min Avstraliya dolları həcmində kompensasiya alacaq.
Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayəti səmasında Malayziya Hava Yollarının “Boeing-777” partlayıb. Ukrayna bunun terror aktı olduğunu və Rusiyanın Donetskdə olan muzdlu döyüşçüləri tərəfindən həyata keçirildiyini bildirib.
Təyyarə Amsterdamdan Kuala-Lampur istiqamətində hərəkət edib. Təyyarədə 298 nəfər sərnişin. 15 nəfər heyət üzvü olub. Onların hamısı hadisə zamanı dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !