Boşanmalarının qarşısını necə almaq olar? - Hüquqşünas rəyi

13:29 | 04.11.2015
Boşanmalarının qarşısını necə almaq olar? - Hüquqşünas rəyi

Boşanmalarının qarşısını necə almaq olar? - Hüquqşünas rəyi

"Sanki, nikah müqaviləsinin bağlanması gələcəkdə nikahın pozulmasına eyham kimi başa düşülür və bu səbəbdən də hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir. "

Bunu Qaynar.info-ya açıqlamasında hüquqşünas Sunay Ramazanova deyib.

Sunay Ramazanova bildirir ki, Ailə Məcəlləsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir:" Bu müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

Ancaq, reallıqda bu müqavilə demək olar ki, bağlanmır və nəticədə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-biri sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır. 

Başqa sözlə desək, nikah müqaviləsinin bağlanmamasının dərin ictimai səsbəbləri ilə yanaşı həm də psixoloji əsasları da vardır. 

Sanki, nikah müqaviləsinin bağlanması gələcəkdə nikahın pozulmasına eyham kimi başa düşülür və bu səbəbdən də hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir. Halbuki, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynaya bilərdi. Yəni, bu müqavilə boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilərdi. 

Ailə qanunvericilyinə görə, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Müqavilədə tərəflərin bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəa müəyyənləşdirilə bilər.Bu isə o deməkdir ki, belə müqavilə bağlanaması gələcəkdə hər hansı uzun surən, gərgin münaqişələri istisna edir." 

Hüquqşünasın sözlərinə görə, qanun deyir ki, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, həmçinin nikah dövründə istənilən vaxtda bağlana bilər:"Yəni, əgər nikaha daxilk olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur və istənilən vaxt dəyişdirilə və yaxud da pozula bilər. 

Müqavilənin dəyişdirilməsi və yaxud da pozulması ər-arvadın qarşılıqlı razılığına bağlanır. Belə razılıq olduqda istənilən vaxt müavilə dəyişdirilə və ya pozula bilər. Razılıq olmadıqda isə tərəflərdən birinin iddiasına əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi dəyişdirilə və ya pozula bilər. 

Müqavilənin şərtləri əri yaxud da arvadı çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Ancaq nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir."

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM