BP-nin son çırpıntıları - "Blomberg"

14:56 | 21.02.2015
BP-nin son çırpıntıları -

BP-nin son çırpıntıları - "Blomberg"

Bu günlərdə "Bloomberg” informasiya agentlyi BP-nin Xəzərin zəngin neft yataqlarında nəzarəti əlində saxlamaq üçün axırıncı döyüşə girəcəyi ilə bağlı məqalə nəşr edib. Məqalənin müəllifləri Stiven Birman və Zülfüqar Ağayevdir. ANN.Az həmin məqaləni oxucuların diqqətinə çatdırır:
 
Britaniyanın neft-qaz şirkəti BP-nin problemləri kifayət qədərdir. Bura ucuzlaşmış neft qiymətlərinə uyğunlaşma da daxildir. Eyni zamanda şirkət Meksika körfəzində baş verən qəzanın (2010) nəticələrini aradan qaldırmaqla və Rusiyada olan böyük investisiyalarını idarə etməklə də məşğuldur.

Şirkətin icraçı direktoru Bob Dadli bu problemə daha birini də əlavə edə bilər: Azərbaycanla müqaviləni uzadıb bu ölkənin böyük neft layihələrini idarə etmək.

BP şirkəti 1994-cü ildə bu ölkə ilə "Əsrin müqaviləsi” adlanan sənəd imzalayaraq neft yataqlarının istismarına başladı. Həmin dövrdə Azərbaycan Sovet İttifaqının xaotik dağılmasından sonra müstəqilliyini bərpa edə bilmişdi. O zamanki prezident Heydər Əliyev qərb şirkətlərinin investitsiyalarına yeni yaranmış gənc dövlətinin möhkəmlənməsi kimi baxırdı. BP-yə başçılıq edən qrup Xəzər dənizində olan "Azəri-Çıraq-Günəşli” yataqlarına milyardlarla dollar investisiya yatırmışdı.

İki onillik sonra iqtisadiyyatı neft-qazdan gələn gəlirlərə dayanan və özünə əminlik qazanmış bu ölkəyə onun oğlu İlham Əliyev başçılıq etməyə başladı. "Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı ilə bağlı konsessiya 2024-cü ildə bitir. Azərbaycan bütün variantları nəzərdən keçirməkdədir. Bunlara dövlət neft şirkəti olan SOCAR-ın neft yataqlarını işlətməyini öz üzərinə götürməsi də daxildir. Bu təklif durumu çox yaxşı bilən insanlardan biri tərəfindən verilib. Həmin adam gizliliyin qorunması üçün adının çəkilməməsini xahiş edib.

Beynəlxalq və Strateji Araşdırma Mərkəzinin əməkdaşı Edvard Soy bildirir ki, ideyanın irəli sürülməsi danışıqlar üçün yaxşı zəmin hazırlayır. Azərbaycan şirkəti neft yataqlarının işlədilməsi üçün təcrübəyə və öz durumunu yaxşılaşdırmaq üçün zamana sahibdir. Bundan çıxış edərək müvafiq qərar qəbul ediləcək deyə, Edvard bildirib.

Münasibətlərin gərginləşməsi  

Son illərdə Azərbaycanla BP arasında münasibətlər kəskinləşmişdi. Buna səbəb neft yataqlarında gözləniləndən daha az miqdarda neftin hasil olunması idi. Bu elə problemdir ki, Azərbaycan tərəfi AÇG yataqlarında əməliyyatların yenidən bərpası üçün Britaniya şirkətinə basqı edə bilər.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev və BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bu məsələ ilə bağlı şərh verməkdən imtina etdilər.

Azərbaycanın BP-dən aralaşmaq istəməsi ideyası, bu ölkənin neft şirkətlərinin özünə daha çox güvəndiyini göstərir. Bu şirkətlər amerikan və qərb şirkətlərindən maliyyə və texniki asılılığını azaltmaq istəyir.

Ərəb Əmirliyində neft ehtiyatlarının yarısından çoxuna sahib olan Abu-Dabi, 75 illik konsessiyanın bitməsindən sonra neft yataqlarının işlədilməsi üçün qərb şirkətlərindən 7 milyard dollarlıq kompensasiya tələb edir.

Bəs İraqda vəziyyət necədir? Bütün neft yataqları İraq dövlətinə məxsusdur. İraq, xarici şirkətlərə istesaldan heç nə vermir. O, yalnız barələ görə xidmət haqqı ödəyir. Bəzi layihələri reallaşdırmaq üçün Azərbaycan da yavaş-yavaş bu modelə doğru istiqamət alıb.

Şəhərin iqtisadi yüksəlişi

Azərbaycanın paytaxtı Bakı neft bumu yaşamış dünya şəhərləri arasında ən birincilərdəndir. 20-ci əsrdə Azərbaycan dünya neftinin yarısını istehsal edirdi. Paris hotellərindən olan "De Vil”-ə oxşar formada tikilən Bakı şəhər İcra Hakimiyyətinin binası, Opera və Balet Teatrının binası bu epoxanın məhsulu olan arxitektur abidələrdəndir.

Rusiya və İran arasında yerləşən Azərbaycanda Sovet vaxtı neft istehsalı aşağı düşmüşdü, çünki quruda olan neft yaaqlarının işlədilməsindən imtina edilmişdi. SSRi-nin çökməsindən sonra "Ofşor” texnologiyasına sahib olan şirkətlər Xəzər dənizində yerləşən neft yataqlarından yaxşı gəlir götürməyi bacardılar.

BP tərəfindən idarə edilən "Azəri-Çıraq-Günəşli” yatağından çıxan neftin 76% 2013-cü ildən sonra Azərbaycana çatmağa başladı. "Azəri-Çıraq-Günəşli” yatağında daxil olan digər qrup şirkətlər bunlardır:  Chevron Corp., Exxon Mobil Corp., Statoil ASA, Turkiye Petrolleri AO, Itochu Corp., ONGC Videsh Ltd. и SOCAR.

2013-cü ilin illik hesabatlarından məlum olur ki, Azərbaycanın neft-qaz yataqlarında ən böyük aksiyaya sahib olan BP çıxardığı neftin 4%-nə, qazın isə 2,8% -ə sahiblənir.

Alov Qüllələri (Flame Towers)

Neft gəlirləri Azərbaycanın iqtisadiyatının yaxşılaşmasına ciddi kömək oldu. Bakı yenidən neft bumu yaşadı və nəticədə burada "Flame Towers” kimi tanınan üç böyük göydələn və Heydər Əliyev adına möhtəşəm mədəni mərkəz tikildi. Bu mərkəzin arxitektoru olan Zaxa Xadid 2014-cü ildə London dizayn müzeyindən bu dizaynına görə premiya qazandı.

Dünya Bankının hesablamasına görə, Azərbaycanın ÜDM-lu 1990-cı ildən 2013-cü ilə kimi yeddi dəfə artaraq 73,56 milyard dollara çatıb. Azərbaycan neftin ucuzlaşması fonunda iqtisadiyyat üçün yaxşı dayaq rolunu oynayan 37 milyard dollarlıq ehtiyat fonda sahibdir.  Bütün bunlar ölkənin gələcək danışıqlarda mövqeyini gücləndirən faktorlardır.

Əgər SOCAR depozit əldə edərsə, o zaman, bu dövlət neft şirkəti ölkənin neft yataqlarında böyük paya yiyələnə biləcək. Sadəcə belə bir risk var ki, BP ölkədən çıxmağa hazırlaşdıqda neft istehsalı bir xeyli aşağı düşə bilər. Bu barədə durum ilə yaxından tanış olan biri xəbər verdi.

Bir il bundan öncə, "BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrell bildirdi ki, 2024-cü ildə bitəcək olan müqaviləni uzatmaq lazımdır.  Neftin stabil istehsalı üçün investisiyaların axınını saxlamaq vacbidir.

Gözlənilməz iqtisadi eniş  

"Bloomberg”in neft üzrə strateqi Vulian Li qeyd edir ki, neftin istehsalının aşağı düşəməsi – bu gözləniləndən daha tez baş verdi -  BP-nin durumunu daha da çətinləşdirdi. 2013-cü ildə AÇG yatağından çıxarılan neftin həcmi 32,5 milyon ton idisə, 2012-ci ildə bu rəqəm 32,9 milyona bərabər oldu.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, neft istehsalının "qəfil aşağı düşməsi” BP-nin "ciddi səhvlərinin nəticəsidir”.  Prezident bu fikirləri 2012-ci il oktyabr ayında Azərbaycan televiziyasının efirindən səsləndirmişdi.  

Belə görünür ki, o vaxtdan bəri BP ilə Bakının arası düzəlib, deyə Li bildirir. Li daha sonra qeyd edib ki, tərəflər uzun müddətdir ki, əməkdaşlıq edir və Xəzər dənizində yeni axtarışların birgə ediləcəyi ilə bağlı dekabr ayında səslənən anons münasibətlərin daha da yaxşı durumda olduğunu göstərir.  

Beynəlxalq və Strateji Araşdırma Mərkəzinin enerji üzrə amerikanlı eksperti Edvar Soy qeyd edib ki, BP Azərbaycanla danışıqlarında investisiyalar üzrə öz varisliyini ortaya atıb. Şirkət və onun tərəfdaşları öz məqsədlərinə çatmaq üçün Xəzərdə təbii qaz ehtiyatlarının tapılması ilə bağlı apardıqları axtarışlarını üstünlük əldə etmək üçün istifadə edə bilər.

Şah-Dəniz

BP şirkəti, Şah-Dəniz yatağının ikinci mərhələsinin işlədilməsi ilə bağlı birliyə rəhbərlik edir.  Bu layihəyə yatırlan 28 milyard dollarlıq investisiya 16 milyard kubmetrlik qazın Türkiyə və Avropaya çıxırılmasını nəzərdə tutur.  

Bakı, Azəri-Çıraq-Günəşli yataqları üzrə müqavilənin uzadılmasında daha sərfəli şərtlərə sahib olmağı tələb edə bilər. Li bildirdi ki, bu istehsaldan götürülən payın xidmətə görə ödənilən payla əvəzlənməsi ola bilər.  

SOCAR-ın prezidenti Rövnəq Abdullayev keçən il jurnalistlərə bildirdi ki, "böyük risk” daşıyan bölgələr üzrə istehsal payı, "riski az olan” bölgələr üzrə isə xidmətə görə haqqın ödənilməsi əsas götürülərək müqavilə bağlanacaq.

Li qeyd edir ki, "Azəri-Çıraq-Günəşli” yataqlarında idarəçiliyin zəifləməsi və neft istehsalının aşağı düşməsi halında SOCAR idarəçiliyi öz əlinə alaraq müstəqil fəaliyyətə keçə bilər. O, əlavə olaraq qeyd etdi: "Mən əmin deyiləm ki, BP əvvəlki şərtlər üzrə müqaviləni uzada bilsin. Çünki indi onun durumu əvvəlki kimi güclü deyil”.   


Tərcümə etdi:
Emin Aslan
ANN.Az

 

http://www.bloomberg.com/news/articles/2015-02-19/bp-s-latest-battle-keeping-control-of-prize-caspian-oil-field

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM