BQXK rəsmisi Azərbaycandan razıdır

13:46 | 02.10.2024
BQXK rəsmisi Azərbaycandan razıdır

BQXK rəsmisi Azərbaycandan razıdır

Azərbaycan silahlı münaqişələr zamanı itkin düşən şəxslərə malik bir ölkə olmaqla yanaşı, beynəlxalq forumlarda da bu problemin həllinin tərəfdarı kimi çıxış edir. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Mərkəzi Axtarış və Ailə Əlaqələrinin Bərpası Agentliyinin rəhbəri Florens Anselmo Bakıda keçirilən "İtkin düşən şəxslər probleminin həlli: Ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. 

"Azərbaycan həmçinin BQXK ilə əməkdaşlıq edərək, bu problemə daha qətiyyətli qlobal reaksiya verməyə çalışan unikal dövlətlər qrupunun – İtkinlər üzrə Qlobal Alyansın mühüm üzvüdür. Mən bu tədbirdə digər üzv dövlətlərin iştirakını da alqışlayıram,” - o bildirib.

Florens Anselmo həmçinin qeyd edib ki, qlobal tendensiyalar ciddi narahatlıq doğurur, çünki dünyanın müxtəlif yerlərində münaqişələr davam edir, qütbləşmə artır və humanist narrativlər azalır.

Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: Ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti ilə açılıb. Müraciəti Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Hərbi əsirlər, girovlar və itkin düşmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.


Tədbirdə həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Mərkəzi Axtarış və Ailə Əlaqələrinin Bərpası Agentliyinin rəhbəri Florens Anselmo, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Fariz Rzayev, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirinin müavini Zafer Tarıkdaroğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbir bu gün Bakıda keçirilir və sabah isə Azərbaycanın azad edilmiş ərazilərində davam edəcək.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti