Braziliyanın demək olar, bütün ərazisində koronavirus pandemiyası fonunda prezident Jair Bolsonaru və onun hökumətinin yürütdüyü siyasətə qarşı mitinqlər keçirilib.
"Report”un məlumatına görə, bu barədə yerli "G1” xəbər portalı bildirib.
Xüsusi halda, etirazçılar COVID-19-a qarşı vaksinlərin alınmasına, əhaliyə təcili tibbi yardımın göstərilməsinə, vətəndaşların təhsil və səhiyyə hüquqlarına riayət olunmasına çağırıblar. Nümayişlərdə prezidentin impiçmentinə çağırışlar da edilib.
Aksiyalar ümumilikdə dinc xarakter daşıyıb. Ancaq Resifi şəhərində hərbi polis etirazçıları rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək qovub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !